
Mavi Sahil Rezidens
Xəzər sahilində yaşayış kompleksi üçün brend və satış saytı
64%Mənzil ilk ildə satıldı
Atelye Nərmin
Nərmin xanımın əl işi geyimləri yalnız Instagram-da, mesajla satılırdı. Brendi təzələdik, onlayn mağaza qurduq və sosial medianı satış kanalına çevirdik.

Tapşırıq
Hər sifariş Instagram mesajında başlayırdı: ölçü, rəng, çatdırılma, ödəniş — hamısı əl ilə. Sifarişlər itirdi, Nərmin xanım isə vaxtının yarısını dizayn əvəzinə yazışmaya sərf edirdi.
Atelyenin sakit, zərif xarakterini saxlayan yeni identika hazırladıq və ölçü cədvəli, yerli kartla ödəniş və çatdırılma seçimi olan mağaza qurduq. Hər yeni kolleksiya üçün çəkiliş və reels planı da hazırladıq.
Aylıq satışlar 180% artdı, yeni müştərilərin 42%-i birbaşa saytdan gəlir. Ən əsası — Nərmin xanım yenidən tikişə qayıtdı.
Onlar atelyemizi bizim kimi sevdilər. Onlayn mağaza ilk ayda Instagram-dakı bütün sifarişlərimizdən çox satış gətirdi.