Hər həftə yeni müştərilərin saytlarına baxırıq və təxminən eyni problemləri görürük. Ona görə də sadə bir siyahı hazırladıq: sürət, mobil görünüş, aydın başlıq, bir əsas düymə, real fotolar, əlaqə məlumatı, etibar siqnalları, oxunaqlı mətn, əlçatanlıq və analitika.
Ən çox rast gəldiyimiz səhv birinci ekrandadır. Ziyarətçi üç saniyə ərzində nə etdiyinizi, kimin üçün etdiyinizi və növbəti addımın nə olduğunu başa düşməlidir. “Keyfiyyət və etibarlılıq” kimi ümumi sözlər bu sualların heç birinə cavab vermir.
İkinci ən böyük problem sürətdir. Ziyarətçilərin çoxu saytı mobil internetlə açır və hər əlavə saniyə müştəri itkisi deməkdir. Şəkilləri sıxmaq və lazımsız skriptləri silmək çox vaxt bir günə yarım saniyə qazandırır.
